Sumqayıtda avtomobil orta yaşlı qadını vuraraq öldürdü

29
İyn
09:18
thumb_down 0
42

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

"Report"un yerli bürosunun xəbərinə görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə təxminən 35-40 yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir) vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.