"Böyük Zəfər"-in başlanğıcı - Müəllif yazısı

29
İyn
16:20
thumb_down 0
153

Bir insan keçdi bu həyatdan... Daxili zənginliyi ilə nəinki ətrafındakıların hətta bütün dünyanı heyrətə gətirən bir insan. Azərbaycanın sütunlarını öz siyasəti ilə möhkəmləndirən, dünyanı öz məntiqi ilə lərzəyə gətirən dahi şəxsiyyət. İllərdir əsarət altında qalan milli mənəvi dəyərləri talan olmuş millətin xilaskarı. O dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevdir.

Həyatını xalqına, onun əmin amanlığına qurban verən bir xadim. İnsan kimi insan, şəxsiyyət kimi şəxsiyyət. Ömrünü Azərbaycan üçün yaşayan dahi.

Azərbaycan – Heydər Əlirza oğlu Əliyevin şah əsəri.

Ümummilli liderin siyasətinin gücü, onun bilik və uzaqgörənliyi Azərbaycanın dayaq sütunlarıdır. Həyatını Azərbaycanın digər dünya ölkələrinin sıralarında yer almasına həsr etmişdir Ulu Öndər. Onun fəaliyyəti dövründə siyası sabitlik bərpa olunub, iqtisadi sosial islahatlar həyata keçirilib.

Birinci Qarabağ Müharibəsi 1994-cü ildə məhz Ulu Öndərin səyi nəticəsində dayandırılaraq atəşkəs sazişi olan “Bişkek” protokolu imzalanıb. İqtisadi yükşəlişin ən böyük müqaviləsi olan neft sazişi adlanan “Əsrin müqaviləsi” də Ulu Öndərin siyasətinin bəhrəsidir.

70-80-ci illərdə H.Əliyevin rəhbərliyi altında təhsilin inkişafına böyük təkanlar verilib. Gənclərin respublikanın hüdudlarından kənarda təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi, ölkədə ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. Həmin dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocaqlarına 15000-ə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır.

Müsahibələrində dəfələrlə vətən sevgisindən bəhs edən Ulu Öndər hər bir vətəndaşın qəlbində özünəməxsus bir yer tutmuşdur. Heydər Əliyevin təhsilə ayırdığı xüsusi qayğı və diqqət bizi uşaqlıq illərindən əhatə edir. Kimsəsiz, yetimlər evində böyüyən uşağa dəstək olan, onların öz təbirincə desək “MƏNƏVİ ATASI”-na çevrilmişdir.

Ədəbiyyat, müsiqi, idman və s. bu kimi sahələrdə öz dünya görüşü, savadı ilə qarşısındakı insanların qəlbini fəth etməyə bacarmışdı.

Heydər Əliyevin fəaliyyəti dövründə onun sərəncamı ilə bir çox təhsil müəssisələri də yaranmışdı.

İnsan hüquqları üzrə elmi tədqiqat institutu;

Heydər Əliyev adına hərbi litsey;

Cəmşid Naxçivanski adına hərbi litsey;

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;

Azərbaycan Memarlıq və İnşaat İnstitutu;

Azərbaycan Dövlət Dəniz Akademiyası;

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;

Azərbaycan Milli Konservatoriyası;

Azərbaycan Müəllimlər İnstitutu; (həmçinin Gəncə, Naxçıvan, Sumqayıt filialları)

Sumqayıt Dövlət Universiteti;

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı;

Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası;

Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzi;

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası;

Azərbaycan Tibb Universitetində Hərbi Tibb Fakultəsi;

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi;

Heydər Əliyev fəaliyyəti bununla bitmir. İstər uğurlu gənclər siyasəti, istər təhsil qurulucuğundakı rolu, istər milli mədəniyyət qayğısı, istərsə də terrorizmlə mübarizə uğrunda apardığı siyasət dünyaya öz möhürünü vurmuşdur. Uğurlu siyasətinin, güclü məntiqin, uzaqgörən zehninin nəticəsidir ki, bizlər əminaman bir ölkədə təhsil alırıq, çalışırıq və yaşayırıq.

Bu güclü siyasi məktəbi keçmiş layiqli davamçısı olan İlham Heydər oğlu Əliyev hazırda dünya liderləri arasında öz dəmir yumruğu, əzmkarlığı və prinsipiallığı ilə Azərbaycan haqqında yeni bir fikir formalaşdıraraq 30 illik müharibəni qazanmışdır. 44 günə dünyanı lərzəyə salan, hegemon dövlətləri öz siyası üstünlüyü ilə mat qoyaraq böyük bir zəfər tarixi yazmışdır.

2003-cü ildən ölkə başçısı seçilərək, xalqın etimadını qazanan tarixi şəxsiyyət İlham Heydər oğlu Əliyev nəinki Azərbaycanın tarixini yenilədi, hətta deyərdim ki, bundan sonra hələ 100 illər boyu yazılacaq tarixə çevrildi. İllərdi vandalizmin qurbanı olmuş torpaqlarımızın işğaldan azad olunması üçün öz hərbi-siyasi potensialını ortaya qoyaraq xalqına zəfəri yaşadan ölkə lideridir. Fəaliyyəti dövründə tarixi qalibiyyətə qızıl imza atmış cənab Əliyev bununla yanaşı Qarabağ münaqişəsinin və Aprel Döyüşlərinin də qalib sərkərdəsidir.

Siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru olan cənab Əliyev təhsilə də öz böyük töhvələrini vermişdir. Ölkəmizlə yanaşı digər ölkələrində fəxri doktoru və fəxri professorudur.

Təhsilə, elmə, idmana ayrılan diqqət və qayğının nəticəsidir ki, adı ölkələr arasında ilk onluqda çəkilən Azərbaycan hazırda dünyanın gündəmindədir. Dünya arenalarında ölkəmizin şanlı bayrağını şərəflə dalğalandıran gənclərimiz dövlətin diqqət və qayğısı ilə əhatələnmişdir.

Dünya tarixində qızıl hərflərlə yazılmış Azərbaycan adlı ölkənin vətəndaşı kimi bu tarixi canlı görmək, olanlara şahidlik etmək, hər iki güclü siyasətçinin dövründə yaşamaq həqiqətəndə qururvericidir. İnanıram ki, Azərbaycanı vandalların işğallarından xilas edən Ali Baş Komandan Şərq, Qərb, Cənub, Şimaldan hissə-hissə zəbt edilən Azərbaycan torpaqlarını bərpa edəcəkdir.

“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” - Baş redaktor – SONA İNTİZAR