Azərbaycanda toy yasa döndü

29
İyn
22:18
thumb_down 0
36

Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə şadlıq saraylarının birində qeydə alınıb.

Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.