İranda seçki prosesi zamanı kiberhücumlar həyata keçirilib

30
İyn
00:54
thumb_down 0
16

İranda keçirilən prezident seçkisi zamanı azı 20 sabotaj hadisəsi və çoxsaylı kiberhücumlar baş verib.

Bu barədə İran İslam Respublikasının informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur məlumat verib.

"Düşmən və onun ölkə daxilindəki agentləri fiber-optik rabitə xətlərini kəsərək seçki prosesini pozmaq üçün cəhdlər ediblər", - deyə İ.Zarepur qeyd edib.

İsa Zarepur əlavə edib ki, seçkinin birinci turu zamanı çoxsaylı kiberhücumlar qeydə alınıb, onların hamısı dəf edilib.

Mənbə: ISNA