Burnu sınan Mbappe üçün xüsusi maska hazırlandı

30
İyn
03:54
thumb_down 0
25

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında Avstriyaya qarşı oyunda burnu sınan Fransa yığmasının hücumçusu Kilian Mbappe üçün yeni maska hazırlanıb.

Forvardın üzünə bağladığı yeni qoruyucu maskanın fotosu futbol üzrə Fransa millisinin "X" sosial şəbəkə hesabında yayılıb.

Qeyd edək ki, artıq K.Mbappe komanda ilə məşqlərə qatılıb və Fransa millisinin iyulun 1-də Belçika ilə gözlənilən 1/8 final oyununda iştirak edəcəyi gözlənilir.