Qaraçuxurda motosiklet avtomobilə çırpıldı: Sürücü xəstəxanaya yerləşdirildi

30
İyn
11:54
thumb_down 0
50

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Qaraçuxur qəsəbəsində 2003-cü il təvəllüdlü Lətif Elşən oğlu Aslanovun idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.