Yeni Kaledoniyada Fransa parlamentinə seçkinin keçirilməsinə imkan verilmədi

30
İyn
15:36
thumb_down 0
15

Yeni Kaledoniyanın Uailou kommunasında Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkinin birinci turu pozulub.

Məlumata görə, naməlum şəxslər şəhər meriyasının girişini avtomobillə kəsərək yandırıblar. Yanan avtomobillə yanaşı, naməlum şəxslər binanın girişinə ağır beton blok və ağac budaqları qoyublar.

Nəticədə nə seçicilər, nə də kommunanın meri binaya daxil ola biliblər, seçki qutuları quraşdırılmayıb. Beləcə, səsvermə pozulub.

Mənbə: TASS