Fransada toya gələn qonaqları güllələdilər: Ölən və yaralananlar var

30
İyn
17:54
thumb_down 0
39

Fransada naməlum şəxslər toy zamanı atəş açıblar.

Məlumata görə, hadisə Mozel departamentinin Tionvil şəhərində baş verib. Əllərində silah olan bir qrup naməlum şəxs 100-ə yaxın insanın toya yığışdığı banket zalına yaxınlaşaraq atışmağa başlayıblar.

Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər güllə yarası alıb. Xəsarət alanlar arasında hamilə qadın da var.

Silahlı basqınçılar qaçıblar. Onların kimliyi və motivləri barədə məlumat verilməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları axtarır.

Mənbə: gazeta.ru