Antalyada meşə yanğını baş verib

30
İyn
19:36
thumb_down 0
39

Türkiyənin Antalya bölgəsinin Kundu turizm kurortunda meşə yanğını baş verib.

Qeyd olunub ki, bölgəyə sövq edilən qruplar yanğına havadan və qurudan müdaxilə ediblər.

Əraziyə çox sayda xilasetmə briqadası, Meşə Region Müdirliyinə aid su maşını və təyyarələr bölgəyə cəlb ediliblər. Qısa müddətdə əraziyə gələn qruplar yanğına müdaxilə etməyi bacarıblar.

Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğının söndürülməsinə vətəndaşlar da dəstək veriblər.

Hazırda yanğına havadan və qurudan müdaxilə davam edir.

Mənbə: TRT Haber