Gəncədə avtomobil iki yeniyetməni vurub

30
İyn
19:54
thumb_down 0
19

Gəncə şəhərində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Cavadxan qəsəbəsində qeydə alınıb.

Avtomobil 2011-ci il təvəllüdlü Ə.Məmmədlini və daha bir yeniyetməni (ad və soyadı dəqiqləşdirilir - red) vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.