Türkiyədə daha bir dəhşətli qəza: Çox sayda yaralı var

1
İyl
10:00
thumb_down 0
60

Türkiyənin Uşak şəhərində sərnişin avtobusu aşıb.

Qəza Afyonkarahisar-Uşak yolunda baş verib. Hadisə nəticəsində azı 11 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Hadisənin səbəbləri araşdırılır.

Sürücü dindirilmək üçün jandarma bölməsinə aparılıb.

Xatırladaq ki, bir neçə gün öncə "Akkuyu" AES-in işçilərini daşıyan avtobus qəza törədib. Hadisə nəticəsində iki nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

Mənbə: Haber Global