Xocavənddə bir tondan artıq yabanı çətənə bitkisi yandırılıb

1
İyl
13:00
thumb_down 0
133

Xocavənddə bir tondan artıq yabanı çətənə bitkisi yandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Tədbir zamanı Qırmızı Bazar qəsəbəsinin ərazisində yabanı halda bitən bir tondan artıq 4 650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.