Ölüm cəzasına məhkum edilənlər və terrorçular Pakistan həbsxanasından qaçdılar

1
İyl
17:00
thumb_down 0
55

Pakistanın Kəşmir bölgəsindəki Ravalakot şəhərində həbsxanadan ən azı 19 məhbus, o cümlədən terrorizmə görə ölüm cəzasına məhkum edilmiş altı nəfər qaçıb.

Bu barədə yerli hüquq-mühafizə orqanından xəbər verilib.

Məlumata görə, məhbuslardan biri qaçmağa cəhd edərkən yaralanıb və sonradan həbsxana xəstəxanasında vəfat edib.

Qaçanlar arasında təkcə terrorçular deyil, həm də uzunmüddətli həbs cəzası çəkən, o cümlədən 25 il azadlıqdan məhrum edilmiş təhlükəli cinayətkarlar var.

Hüquq-mühafizə orqanları qaçan məhbusları axtarışa verib. Bundan başqa, həbsxananın səkkiz əməkdaşı qaçış hadisəsinin araşdırılması müddətində saxlanılıb.

Həmçinin, həbsxanaların işinə cavabdeh olan bir neçə məmur vəzifəsindən azad edilib.

Mənbə: Dawn