Bakıda 35 yaşlı kişi evində vəhşicəsinə döyüldü

3
İyl
08:36
thumb_down 0

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına, Hövsan qəsəbəsində tanışı ilə mübahisə zamanı döyülən 1989-cu il təvəllüdlü Emil Elmar oğlu Yusubov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Qeyd edək ki, hadisə E.Yusubovun yaşadığı evdə baş verib.

Hadisənin təfərrüatı araşdırılır.