Xəzərdə suyun çəkilməsinin kəskin müşahidə olunduğu Pirallahı sahilləri

5
İyl
12:18
thumb_down 0

Artıq neçə illərdir ki, Xəzərdə suyun kəskin şəkildə azalması müşahidə edilir. Xəzər dənizində suyun səviyyəsi 2006-cı ildən azalmağa başlayıb və hazırda da davam etməkdədir.

Mütəxəssislər bildirirlər ki, Xəzərdə suyun azalmasının səbəbi səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin artmasıdır.

Qeyd edək ki, dənizdə suyun səviyyəsi son 10 ildə 114 sm enib. Dayazlıq sahilyanı ərazilərdə daha çox müşahidə olunur.

PhotoStock.az Xəzərdə suyun çəkilməsinin kəskin müşahidə olunduğu Pirallahı sahillərindən fotoreportaj hazırlayıb:

Daha çox şəkil burada: PhotoStock.az