Kəlbəcərdə ağır qəza: Xəsarət alanlar var

10
İyl
08:36
thumb_down 0

Kəlbəcər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Ə.İbadov və 2002-ci il təvəllüdlü E.Həsənli xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.