Bakı bulvarında skuterlərin istifadəsinə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA

11
İyl
21:18
thumb_down 0

Sosial şəbəkələrdə Dənizkənarı bulvar ərazisində skuterlərin istifadəsinə qoyulan müvəqqəti qadağa ilə bağlı məlumatlar əks olunub.

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva seher.media-ın sorğusuna cavab olaraq bildirib ki, yazılan məlumatlar həqiqəti əks etdirmir:

"Bu şirkətin daxili qərarıdır. Dənizkənarı bulvar ərazisində skuterlərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb".