Bakıda ağır qəza: Yeddi nəfər xəsarət aldı

13
İyl
09:18
thumb_down 0

Ötən gün gecə saatlarında Bakının Məmmədli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev seher.media-a bildirib ki, hadisə nəticəsində yeddi nəfər xəstəxanaya yerləşdirilib:

"12 iyul saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunda KIA markalı 77-DH-125 nömrə nişanlı avtomobillə "Chevrolet" markalı 90-UF-805 nömrə nişanlı maşın toqquşub.

Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək yolda təhlükəsizlik tədbirləri görülüb və xəsarət alanlara köməklik göstərilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yeddi nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır".

Əzizə İsmayılova