Sumqayıt sakinində bir bıçaq və sursatlar aşkarlandı

13
İyl
12:18
thumb_down 0

Sumqayıtda vətəndaşın üzərindən güllə və bıçaq aşkarlanaraq götürülüb.

APA xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Polislər tərəfindən saxlanılan Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Rauf Vüqar oğlu Mustafayevin üzərindən bir ədəd bıçaq və "Makarov" markalı tapançaya aid beş ədəd güllə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.