Lənkəranda meyvə mağazasında kişi meyiti aşkarlandı

13
İyl
12:54
thumb_down 0

Lənkəranda mağazada meyit aşkar olunub.

APA-nın məlumata görə, bu gün səhər saatlarında Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisi, Zərifə Əliyeva küçəsində mağazaların birində kişi meyiti tapılıb.

İlkin məlumata görə, meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasını işlədirmiş.

Hazırda rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.