Korrupsiyada adı hallanan şəxslər Naxçıvan səhiyyəsinın "ağası" olub?! ARAŞDIRMA

17
İyl
16:29
thumb_down 0

Naxçıvan Muxtar Respublikasında TMİB (Tibb Müəssisələrinin İdarəetmə Birliyi) yaranıb və yeni yaranmış bu quruma başçı olaraq Vüsal Ələkbər oğlu Məmmədov təyin olunub. O Vüsal Məmmədov ki, vaxtı ikən Vasif Talıbovun kadrı olub. Əvvəllər Vüsal bəy Naxçıvan Muxtar respublikasının Gənclər və İdman nazirinin köməkçisi olub. Hal hazırda Vüsal bəyin yeni təyinatını bütün ictimaiyyətə gizli saxlayırlar. Həm də Vüsal Məmmədov Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyində aparat rəhbəri adı altında kadrlar şöbəsinin rəisi kimi də tanınınr. İddia olunur ki, işə qəbul olmaq istəyən şəxslər Vüsal bəyi “razı” salmalı imiş. Ona görə də işlədiyi qısa zaman ərzində milyonların sahibi olub və sərvətini daşınmaz əmlaklara yatırım edib. Kiçik araşdırma aparmaq bəs edir ki, onun Naxçıvan səhiyyəsində apardığı "islahatlardan" sonra özünə aldığı maşınının bahalı nömrəsi göz qabağındadır (75 BC 075). Eyni zamanda indiki təyin olunduğu vəzifəyə öz müstəvisində olan kadrlarıda cəlb edəcəyinə iddialar var ki, onlarda doğruluğunu sübut edir.

Nəhayətində Tural adlı şəxsi direktor, Murad Məmmədovu inzibati müavin, Xəyalə Quliyevanı isə şöbə müdiri kimi öz yeni komandasına daxil edib.

XƏYALƏ QULİYEVA

Qeyd etmək istərdim ki, Xəyalə Quliyeva Şərur rayon xəstəxanasında Muradla birgə çalışıb. Bir müddət əvvəl korrupsiya faktı ilə bağlı Xəyalə Quliyevanın adı elə Murad Məmmədovla birgə hallanıb. Sonradan isə bu faktdan yayınmaq üçün Vüsal bəy vəzifə səlahiyyətlərindən istifadə edərək sözügedən şəxslər öz himayəsinə almışdır. Lakin buna baxmayaraq, Xəyalə Quliyeva yenədə Naxçıvan səhiyyəsində öz hegemonluğunu davam etdirir.

Qarşı tərəf kimi adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Məsələ diqqətimizdədir.