Allah şair Qabilə rəhmət eləsin, görün nə gözəl deyib: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”.
Bir daha oxucuların nəzərinə çatdırırıq ki, “Azərişıq” ASC neçə müddətdir Bakı şəhəri, Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsindəki 48 və 50 saylı binalarda yaşayan çoxsaylı sakinlərə qan uddurur, bilərəkdən ölkədə sosial gərginlik yaradır. Təngə gələn sakinlər Konstitusiyanın onlara verdiyi söz, mətbuat və ifadə azadlığı hüquqlarından istifadə edərək “Azərişıq” ASC –nin onların başına gətirdiyi müsibətləri beş nüfuzlu saytda içtimailəşdirmiş və hər bir saytda dərc edilən məqalənin bir kserokopiyasını məlumat üçün ASC-nin sədri Vüqar Əhmədova göndərmişlər.
Lakin, işıq orqanında materialı qəbul etməyiblər, səbabi də bu olub ki, məqalənin çoxsaylı müəlliflərinin imzası yoxdur. Bu misli görünməmiş əmələ yalnız ürəkdən qəh-qəhə çəkib gülmək mümkündür. Diqqət yetirin, hələ bu günlərimizə qədər Vüqar Əhmədovun özü də başçılıq etdiyi aparatı da hələ bilmirlər ki, mətbuatda dərc edilən məqalənin, hər hansı bir yazının müəllifinin istər tənqid olsun və ya tərif olsun adı, soyadı dərc olunur, amma imzası olmur.
Yeri gəlmişkən oxucuların nəzərinə çox qədim bir zəngin ənənəmizi çatdırırıq:
Qədim zamanlardan ta yaşadığımız XXI əsrə qədər sazı tut ağacından, qara zurnanı isə ərik ağacından düzəldiblər. Əgər sazbənd yanılıb sazı ərik ağacından düzəldərsə, saz zurna səsi çıxarar.
Səmimi hörmətlə:
İ.Dadaşov küçəsi 48 və 50 saylı ünvanlarda yaşayan 930 nəfər sakini adından həyətin nüfuzlu ağsaqqalları:
Tahir Qədəşov
Tofiq İsmayılov
Səməd Əşrəfov
Məmməd Məmmədov
Vaqif Məmmədov
Nurbala Eskəndərov
Azad İsmayılov
Hidayət Cabbarov
Rafiq Səfərov
Şamxal Ağaşirinov
Faiq Əlibalayev
Qılman İsmayılov
Əlaqə telefonları: +994552152151; +994503331698