Milli Parkın ərazisində qanunsuz ov edən saxlandı

22
İyl
14:54
thumb_down 0

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbirlərlə parkın Kiçik Körfəz su hövzəsində qanunsuz ov edən A.Heydərov saxlanılıb.

Həmin şəxsdən bir ədəd ov tüfəngi, həmin silaha aid 60 ədəd patron və qanunsuz ovladığı çöl quşları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.