“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun xalqın əleyhinə yönəldilən qanunazidd kursu artıq xərçəng kimi merostaz verib.

25
İyl
15:56
thumb_down 0

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun xalqın əleyhinə yönəldilən qanunazidd kursu artıq xərçəng kimi merostaz verib. 

"SəhərMedia" xəbər portalına İ.Dadaşov küçəsi 48 və 50 saylı ünvanlarda yaşayan bir qrup sakinin "Azərişıq" MMC sədri Vüqar Əhmədov barədə cənab Prezident İlham Əliyevə ünvanladığı Şikayət əsaslı müraciəti olduğu kimi sizə təqdim edirik.

Metostaz verən xərçəng kəsilib atılır.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti  İlham Əliyev cənablarına!

Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsindəki 48 və 50 saylı binalarda yaşayan 930 nəfər sakin adından həyətin bir qrup zəngin dünyagörüşlü  el agsaqqallarının 

İKİNCİ MÜRACİƏTİ

Hörmətli cənab Prezident,  izn verin, dəyərli vaxtınızı aldığımıza görə üzrxaqlıq edək, Sizi səmimi qəlbdən salamlayaq, Sizə əbədi cansağlığı, uzun, mənalı məzmunlu sağlam ömür və daha qüdrətli Azərbaycan arzulayaq.

Danılmaz həqiqətdir ki, Siz Prezidentliyiniz illərində respublikamızda yarım əsrə bərabər abadlıq-quruculuq işləri görmüsünüz. Bu quruculuq işlərinin iqtisadi səmərəsini hesblamaq üçün böyük iqqtisadçılar dəstəsi lazım gələ bilər, xarici siyasətiniz xüsusi alqışlara layiqdir. Beynəlxalq görüşlərdə, tədbirlərdə ali tribunalardan kağızsız, şparqalkasız ingilis dilində səsləndirdiyiniz sərbəst mənalı, məzmunlu çıxışlarınız həmişə gurultulu alqışlarla qarşılaanır. Kadr siyasətinizə nəzər yetirəndə bəlli olur ki, Siz vətənini, xalqını canı qanı qədər sevən an savadlı, sanballı və nüfuzlu şəxslər hesabına etibarlı kadr korpusu formalaşdırmısınız.

Ədalət naminə demək lazımdır ki, bu gün Presidentlik iddiasında olan siyasi boşboğazlar çoxdur, lakin Sizi əvəz edən lider yoxdur.

Prezidentliyiniz illərində imza atdığınız uğurlar minlərlədir, amma qeyd edilməlidir ki, bu nailiyyətlər sırasında şah əsəriniz kimi xüsusi yer alan 44 günlük savaşda torpaqlarımızı erməni işğalçılarından azad etməyiniz və Qarabağı 24 saatda erməni separatçılarından təmizləməyinizdir. Sizin ikinci şah əsəriniz dövlərçiliyimizi talançılardan, rüşvətxorlardan və kreslonuzda oturub siyasətinizə müqavimət göstərən kütbeyin məmurlardan azad etməyiniz olacaq. Sizin Vətən, xalq qarşısındalı xidmətlərinizi görməmək və dəyərləndirməmək ən azından nadanlıq ola bilər, cənab Prezident.

Qədim şərq məsələlərindən birində deyilir:

“Şəxsiyyət var qarşısında təzim edərlər, şəxsiyyət də var qarşısında baş əyərlər”

Cənab Prezident, Sizin vətən, xalq qarşısındakı  heç bir ölçüyə sığmayan xidmətləriniz önündə yalnız baş əyməli olursan.

Hörmətli cənab Prezident, təhlükəzisliyimizin, güzəranımızın qarantı olaraq qapınıza pənah gətirməyimizə zərurət yaradan üzləşdiyimiz ciddi haqsızlıq və məmur özbaşnalığıdır. 

Müraciət müəllifləri olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun yaşadığımız həyətin 1000 nəfər sakininin başına gətirdiyi müsibətlər barədə Sizə məlumat vermişdik. Güman edirdik ki, Prezident olaraq çoxsaylı sakinlər adından sizə göndərdiyimiz müraciətə Vüqar Əhmədov dərhal ciddi reaksiya verəcək, Prezident adınızı uca, xatirinizi əziz tutaraq, qanunazidd əməllərinə son qoyacaq, dinə, imana gələcəkdir. Lakin vəziyyət  heç də bizim gözlədiyimiz kimi olmadı, əksinə, cənab Prezident Sizə göndərdiyimiz müraciətdən sonra o daha da aqressivləşdi, biz sakinlərə göndərdiyi hədələr daha da intensiv xarakter aldı.

Düz 22 ildir biz sakinlərin pulu ilə alınan  iki ədəd transformator məntəqəsindən öz əmlakı kimi istifadə edir, enerji pulu yığır, amma təklif edəndə ki, adı çəkilən transformatorları balansına götür, texniki qulluq elə, razılaşmır, transformatorlardan istifadəsinə görə icarə haqqı tələb edirik, boyun qaçırır, bizləri susdurmaq üçün işığı kəsib sakinləri susuz, liftsiz qoyacağı ilə hədələyir, bütün mümkün vasitələrdən lazımınca istifadə edərək hüquqlarımızı pozur, bilərəkdən ölkədə sosial gərginlik yaratmağa çalışır.     

Cənab Prezident, deyin görək biz sakinlərin günahı nədir ki, biz işıqsız, susuz qalaq, lift xidmətindən məhrum olaq? Biz sakinlər onun hədələrini həzm edə bilmirik, həmçinin deməyi zəruri hesab edirik ki, onun qəlbi sanki insanların çırağını, ocağını söndürmək eşqi ilə döyünür.

Təəssüflənirik ki, Vüqar Əhmədovun çirkin əməlləri artıq xərçəng kimi metostaz verib.  Xərçəng metostaz verəndə kəsilib atılır. Məmləkətimizin duzu, suyu, çörəyi və havası ona haram olsun, o tutduğu vəzifəyə əlvida deməlidir.

Möhtərəm cənab Prezident, ümidvar olduğumuzu bildiririk ki, biz sakinlərin vəsaiti hesabına alınan transformatorlardan istifadəyə görə yağılıb qalmış 22 illik icarə haqqını “Azərişıq” ASC  tərəfindən “Nərimanov-13” MMMC-yə ödənilməsi ilə əlaqədar Prezident aparatından Sizin adınızdan qəti göstəriş veriləcək, beləliklə də ədalət şər üzərində zəfər çalacaq.

Cənab Prezdent, xalqımızın xoşbəxt gələcəyi və respublikamızın daha da tərəqqisi naminə Allah Sizi qorusun, kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Amin!

Səmimi hörmətlə:

İ.Dadaşov küçəsi 48 və 50 saylı ünvanlarda yaşayan 930 nəfər sakini adından həyətin nüfuzlu ağsaqqalları:                                           

Tahir Qədəşov

Tofiq İsmayılov

Səməd Əşrəfov

Məmməd Məmmədov

Vaqif Məmmədov

Nurbala Eskəndərov

Azad İsmayılov

Hidayət Cabbarov  

Rafiq Səfərov

Şamxal Ağaşirinov 

Faiq Əlibalayev

Qılman İsmayılov  

Əlaqə telefonları:        +994552152151;     +994503331698