Azərbaycanda gəlinin qayınanasını baltalanmasının TƏFƏRRÜATI

27
İyl
20:18
thumb_down 0

Daşkəsəndə qadının gəlini tərəfindən baltalanmasının bəzi təfərrüatı məlum olub.

APA-nın məlumatına görə, hadisəyə səbəb xəsarət alan 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanovun Səidəni həyat yoldaşı kimi evə gətirməsi olub. Bundan sonrada qaynana ilə gəlin arasında mübahisə baş verib.

Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb.

Qeyd edək ki, zərərçəkən T. Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl iki arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var.

Faktla bağlı müvafiq araşdırmalara başlanıb.

Daşkəsəndə qadın baltalanıb.

seher.media xəbər verir ki, hadisə rayonun ucqar kəndlərindən birində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlin qaçıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.