Bakıda qohumlar bıçaqlandılar - 20 yaşlı oğlan saxlanıldı

30
İyl
10:18
thumb_down 0

İyulun 29-da saat bir radələrində Bakı şəhər Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, 1999-cu il təvəllüdlü Emin Valeh oğlu Fərmanlı və 1989-cu il təvəllüdlü qohumu Tural Misir oğlu Fərmanlı kəsilmiş-deşilmiş xəsarətlərlə Bakıdakı özəl klinikalardan birinə yerləşdiriliblər.

İlkin araşdırmalardan sonra hadisəni törətməkdə şübhəli bilinin 2004-cü il təvəllüdlü Tural Mübariz oğlu Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.