Ucar sakini qardaşı oğlunu bıçaqlayıb

30
İyl
13:18
thumb_down 0

Ucarda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində baş verib. Aralarında yaranmış münaqişə zamanı əmi qardaşı oğluna bıçaqla ağır xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, rayonun Qaradağlı kənd sakini, 1998-ci il təvəllüdlü Yasin Nail oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Şöbənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən sonuncunun əmisi, 1960-ci il təvəllüdlü Səməndər Həşimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.