Ağadadaş Ağayevin balta ilə klinikaya tərəf hücum etməsinin yeni GÖRÜNTÜLƏRİ

30
İyl
22:36
thumb_down 0

Xalq artisti Ağadadaş Ağayev balta ilə klinika mühafizəçisinə hücum etməsinin yeni görüntüləri yayılıb.

seher.media xəbər verir ki, kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Bakının Binəqədi rayonu ərazisində özəl klinikalarının birinin həyətində insident baş verib. Xalq artisti A.Ağayev balta ilə klinikanın həyətinə gələrək, mühafizəçi ilə əlbəyaxa davaya çıxıb. Hadisə zamanı klinikanın əməkdaşı olan qadın xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.