Fidan İsrailin Türkiyənin NATO-dan çıxarılması çağırışına münasibət bildirib

1
Avq
15:54
thumb_down 0

"İsrailin Türkiyəni Şimali Atlantika Alyansından (NATO) çıxarmaq çağırışı dəstəklənməyəcək".

seher.media "Sabah" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan bildirib ki, ölkəsinin NATO-ya üzvlüyü şübhə altına alına bilməz.

"Bu (İsrail xarici işlər nazirinin çağırışı) heç bir nəticə verməyəcək. Belə bir tənlikdə Türkiyənin NATO-ya üzvlüyünü şübhə altına alına bilməz. Bundan başqa, Türkiyə Fələstin məsələsində Qərblə fikirləri üst-üstə düşməyən yeganə ölkə deyil. İsrailə qarşı mövqe tutan başqa ölkələr də var, lakin onların səs tonu fərqli ola bilər. Fələstin Dövlətinin tanınması kontekstində İspaniya, İrlandiya və Norveç öz mövqelərini rəsmən ifadə ediblər", - deyə Fidan bildirib.

Xatırladaq ki, iyulun 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Liviyaya girdiyi kimi İsrailə də daxil ola biləcəyini bildirib. İsrail XİN İsrael Kats isə buna cavab olaraq alyansın ən qədim üzvlərindən biri olan Türkiyənin NATO-dan çıxarılmasına çağırıb.