"Bandotdel" Oleq Bakinskini həbs etdi - FOTO

1
Avq
21:06
thumb_down 0

Oleq Bakinski Bakıda saxlanılıb.

Kriminal avtoritet Oleq Bakinski kimi tanınan ukraynalı Oleq Krapivin Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən az öncə Bakıda həbs edilib.

Qeyd edək ki, Oleq Bakinski haqda olduqca ziddiyyətli məlumatlar var: kriminal avtoritet, qanuni oğru kimi adı hallanır, sifarişli qətllərdə adı keçir və s.

Oleq Bakinski kimdir?

Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində oxuyub. Sərbəst güləş üzrə ondördqat (!) Azərbaycan çempionudur.

2007-ci ildə o, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.

1989-cu ildən Kiyev şəhərində yaşayır(dı). 4 övladı var.

Krapivin zəngin adamdır. Kiyevdə çoxsaylı ticarət mərkəzləri, mülki mövcuddur. “Forbes”in 2023-cü il də  yaydığı məlumata görə, o, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə olub.

Azinforum.az