COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı

2
Avq
11:54
thumb_down 0

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun (BOS) ərazisindəki VAR Mərkəzi 1 yanvar 2025-ci ilədək fəaliyyətini dayandırıb.

seher.media xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.

Hazırda isə AFFA-nın balansında yalnız iki ədəd səyyar VAR nəqliyyat vasitəsi var.

Milli Assosiasiya ötən mövsümlərdə olduğu kimi, ölkə çempionatının və kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacağını qeyd edib.