Naxçıvanda işə düzəltmək adı ilə bir neçə nəfəri aldadan şəxs saxlanılıb

11
Okt
10:35
thumb_down 0

Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb.

seher.media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Babək rayon sakini Babayev Məmmədbağır müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

"M.Babayevin əməllərindən zərərçəkmiş digər şəxslər varsa, bu barədə "102" zəng mərkəzinə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin (036) 545-08-03 və (036) 545-28-96 telefon nömrələrinə məlumat vermələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.