Yalçın Rəfiyev: "COP29-da 60 qərarın qəbulu gözlənilir"

11
Okt
13:35
thumb_down 0

"Bakıda noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) 60 qərarın qəbul ediləcəyi gözlənilir".

"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

Baş danışıqçı bildirib ki, bunlardan əsasları iqlim maliyyəsi və karbon bazarlarının formalaşmasıdır.

Y.Rəfiyevin sözlərinə görə, bu iki qərarın qəbulu tarixi nailiyyət olacaq.