Sabirabadda 10 yaşlı uşağı avtomobil vurub

2
Avq
13:18
thumb_down 0

Sabirabadda 10 yaşlı uşağı avtomobil vurub.

APA məlumatına görə, hadisə Sabirabad rayonunun Azadakənd kəndində qeydə alınıb.

"Mercedes Atego" markalı yük avtomobili kənd sakini, 2014-cü il təvəllüdlü Aftandil Kamran oğlu Abdullazadəni vurub.

Ağır xəsarət alan 10 yaşlı piyada Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.