Türkiyədə Şeron Stounun başına hadisə gəldi, gözünün altı göyərdi

2
Avq
14:18
thumb_down 0

Hollivudun əfsanəvi ulduzu Şeron Stoun "Qızıl Qlobus" tərəfindən ilk dəfə veriləcək "Qlobal İkon Mükafatı"nı almaq üçün Türkiyəyə səfər edib. Ancaq qaldığı hoteldə onun başına bədbəxt hadisə gəlib, nəticədə gözünün altı göyərib.

seher.media-ın verdiyi məlumata görə, ABŞ-li aktrisa bununla bağlı öz sosial şəbəkə hesabından paylaşım edib.

O, pərəstişkarlarını sakitləşdirərək, heç kimin ona heç nə etmədiyini bildirib.

"O qədər ölkələrdə, o qədər şəhərlərdə olmuşam ki, gecə yarısı ayaqyoluna getmək üçün qalxanda artıq harada olduğumu bilmirdim və üzümü mərmərə çırpdım. Xeyr, heç kim mənə heç nə etməyib və mən yaxşıyam! Əla vaxt keçirirəm. Gözüm düzəlməyə doğru gedir", - deyə o bildirib.

Qeyd edək ki, 66 yaşlı məşhur aktrisa mərasimöncəsi üç gün İstanbulda qalıb, daha sonra mükafat mərasimi üçün Bodruma yollanıb. Hadisə də başına məhz orada gəlib.