Həbsdə olan qardaşına narkotik gətirməkdə şübhəli bilinən şəxs saxlanılıb

2
Avq
18:54
thumb_down 0

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

seher.media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb.

Bildirib ki, həbs olunmuş Xəzər Natiq oğlu Cabbarovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman əynindəki şalvarının cibində siqaret qutusunun içərisində gizlədilmiş üç ədəd bükülüdə ümumi təmiz çəkisi 1.042 qram narkotik vasitə hesab olunan heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.