"Elman Rüstəmov “Premium Bank” və “Deka-Bank” vasitəsilə Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxardıb" - ŞOK

2
Avq
19:24
thumb_down 0

Elman Rüstəmov (Mərkəzi Bankın İdarə Heyətinin keçmiş sədrini nəzərdə tutur – red) təkcə “Premium Bank” vasitəsilə deyil, həm də “Deka-Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxardıb.

Bunu vəkil Əkrəm Həsənov bildirib.

“Heç bir gəliri olmayan iki şəxsin adına və məlumatsız digər vətəndaşın əmlakını qanunsuz girov qoymaqla. Yəni Mərkəzi Bank bir əmlakı girov götürməklə (???) iki bankın hərəsinə 2,5 mln manat kredit verib, onlar da öz növbəsində iki fiziki şəxsə həmin məbləğləri “istehlak” krediti kimi veriblər. İndi də başda Mərkəzi Bank olmaqla, 3 bank həmin əmlaka göz dikib. İşə Yasamal rayon məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova baxır. Banklardan kredit dosyesini tələb edirəm ki, gətir görək bu krediti necə vermisən, gətirmir, qorxur. Hakimə vəsatət verirəm ki, dosyeni bankdan tələb etsin, təmin etmir. İndi əmlakı ondan xəbərsiz girov qoyulmuş və mənimsənilməsi təhlükəsi olan vətəndaş haqqını necə tələb etsin? Ay bank, qanuni kredit vermisənsə, niyə sənədləri gizlədirsən? Ay hakim, kredit üzrə işə sənədləri görmədən necə baxıb qərar verəcəksən?... Ara yerdə də heç nədən məlumatı olmayan, heç bir sənədə imza atmamış vətəndaşın əmlakı əlindən gedir. Azərbaycana kim pul qoyar belə şeyləri biləndən sonra?…” – o qeyd edib.