Gəncə sakinlərinin narazılığına səbəb olan 16 dilənçi saxlanıldı

3
Avq
10:36
thumb_down 0

Gəncədə dilənçilik və tüfeyli həyat tərzi keçirən 16 nəfər saxlanılıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Tədbir zamanı ümumilikdə 16 nəfər saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.