Nərimanov rayonunda 51 yaşlı kişi qətlə yetirilib

4
Avq
09:54
thumb_down 0

Avqustun 4-də saat 01:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Ülvi Qeys oğlu Qasımov kəsici alətlə qətlə yetirilib.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Hikmət Oktay oğlu Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.