Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın öldü

4
Avq
23:00
thumb_down 0

Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada ölüb.

"Report"un məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə ib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən qadın hadisə yerindən qaçıb.

Onun axtarışları davam etdirilir.