Sumqayıtda ana və azyaşlı övladı qidadan zəhərlənib

5
Avq
11:54
thumb_down 0

Sumqayıtda ana və övladı qidadan zəhərlənib.

APA xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Aişə Adil qızı Mərdanova və övladı, 2022-ci il təvəllüdlü Əli Səxavət oğlu Mərdanov yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Ana və övladının ət məhsulundan zəhərləndikləri ehtimal olunur.