İNFORMASİYA SAVAŞININ SƏRKƏRDƏSİ - PREZİDENT İLHAM ƏLİYEV - ŞƏRH

5
Avq
15:46
thumb_down 0

Belə bir fikir var: informasiya sərhəd tanımır, onun nə cəbhə xətti, nə də minalanmış əraziləri var. Tarixdən də məlumdur ki, informasiya müharibəsi düşmən mövqedə olan dövlətlərin hər zaman biri-birlərinə qarşı atdığı kəskin, təhlükəli addımlarından biri olub. Bəllidir ki, hər bir ölkə digər ölkələrlə bağlantılar yaratmağa can atır. Təbii ki, bu yolla ilk növbədə özünü beynəlxalq sistemdə tanıtmağa çalışır. Bu bir faktdır ki, əgər düşməni olan ölkəyə qarşı informasiya atəşi açılarsa, bu, onun beynəlxalq siyasi aləmdə nüfuzunun təhlükəyə girməsinə səbəb ola bilər. Belə ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından iki il yarım keçməsinə baxmayaraq bu gün Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi ən gərgin müstəvidə hələ də davam etməkdədir. Xatırladaq ki, 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə komandanlıq etməklə bərabər, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 35-dan çox müsahibə verdi. Bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu. Qeyd edək ki, 44 günlük müharibədə məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxış yolunu öz xalqını yalan məlumatlarla aldatmaqda görür. 44 gün ərzində erməni və dünya ictimaiyyətinə feyk məlumatlar verən terrorçu ölkə informasiya savaşında da Azərbaycana məğlub oldu. Əslində Paşinyan iqtidarı ilk gündən anlayırdı ki, onu ağır və rüsvayçı məğlubiyyət gözləyir. Odur ki, Azərbaycana qarşı başladığı savaşın və Bakının əks-hücum əməliyyatının ilk günlərindən sosial şəbəkələrin fəaliyyətini qadağan elədi, müharibənin gedişi ilə bağlı düzgün məlumat yayan yerli və xarici media nümayəndələrinə qarşı sözün əsl mənasında repressiya və təhdidlərə başladı. Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi. Azərbaycan Prezidenti İlham Əliyev 44 gün ərzində dünyanın bütün aparıcı mediasına çoxsaylı müsahibələr verdi. Düşmən tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən jurnalistlərin ən qərəzli suallarına belə cavab verməkdən yayınmayan Prezident Əliyev nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın haqlı olduğunu, işğala məruz qaldığını, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edə bildi. Azərbaycanın Ali Baş Komandanının intellektual cavabları ilə müqayisədə isə Paşinyan olduqca miskin durumda görünürdü. Bunu dünyanın aparıcı media nümayəndələri və ekspertlər də etiraf edirlər. Və bu gün də Qalib Liderimiz qətiyyətli, nüfuzlu siyasi rəhbərimiz Prezident İlham Əliyev cənablarına beynəlxlaq marağın yüksək olması, məhz ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir. Xüsusi ilə vurğulamaq istərdim ki, son 20 il ərzində bütün sahələrdə qələbə qazanan Azərbaycan 44 gün davam edən İkinci Vətən Müharibəsi dövründə bizi qələbələrə aparan əsas faktorlardan biri möhtərəm Prezidenti 44 günlük savaş zamanı dünyanın 30-a yaxın mediasına çoxsaylı müsahibələr verdi, bir çox beynəlxalq tədbirlərdə etdiyi çıxış və bəyanatları ilə Qərb ictimai rəyində Azərbaycanın xeyrinə dönüş yarada bildi. Hətta qərəzli suallar qarşısında, sözün əsl mənasında, siyasi liderlik dərsi keçən Prezident Əliyev özünün hazırlıqlı siyasətçi olduğunu sübuta yetirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini konkret faktlarla ortaya qoydu, bütün dünyaya çatdırdı.

Və müharibədən sonra 50-dən çox yerli və xarici media nümayəndələrinin iştirak etdiyi və 4 saatdan çox davam edən mətbuat konfransında isə Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırdı. Hətta Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında bildirdi ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirdi. Bu, Ali Baş Komandanımızın sərrast fikirləri və mükəmməl diplomatiyası idi. Ümumilikdə, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Ali Baş Komandan xarici mediada hücum diplomatiyası sərgiləyərək tarixi həqiqətlər, Dağlıq Qarabağ münaqişəsinə dair vacib hüquqi və siyasi məqamlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Onun gərgin əməyi və uğurlu informasiya siyasəti sayəsində dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsi təmin edilib. Dövlət başçısının dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələrdə təkcə erməni yalanları ifşa edilməyib, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyaları da iflasa uğradılıb.

Elə iyulun 21-də Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Şuşa Qlobal Media Forumu öz işini başa çatdırsa da, müzakirə edilən məsələlər, ən əsası Azərbaycan Prezidentinin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirləri güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun bir daha göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı. Dövlətimizin başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilib. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. Onu da vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təklif gələcək üçün bir ideya, istiqamətdir. Bütün dövrlər üçün informasiya mübarizəsinin vacibliyini nəzərə alsaq belə tədbirlərin, daha dəqiq desək, beynəlxalq miqyas alan forumların keçirilməsi mütləqdir. Və Azərbaycan Prezidenti İlham Əliyev cənabları da bu forumun müntəzəm olaraq keçirilməsini və buna birinci Şuşa Qlobal Media Forumu adının verilməsini təklif etməsi də bu məqsədə xidmət edir.

Prezident İlham Əliyev Forumda xarici media nümayəndələrinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə bağlı suallarına cavabında Prezident İlham Əliye artıq hər kəsin Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdiyini vurğuladı və bildirdi ki, Ermənistan ölkəmizə qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişiqiq ilin sonunadək imzalanması mümkündür. Çünki sülhün olmaması bölgə üçün heç də yaxşı ssenari deyil. Çünki sülh müqaviləsi imzalanmayacağı tədbirdə regionda sabitliyi, təhlükəsizliyi təmin etmək olmayacaq. Ali Baş Komandan Şuşadan dünyaya bəyan etdi: "İndi mən yenə də deyirəm, gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq".

Eyni zamanda, cari ilin iyul ayınınn 20-də mətbuatımızın 149-cu ili ilə bağlı Azərbaycanın söz, sənət, igidlik və siyasi qətiyyət nümunəsi olan gözəl Şuşamızda iki gün davam edən 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 80-dən artıq media qurumunun qatıldığı İkinci Şuşa Qlobal Media Forum ənənəsinin yaradılması da mətbuatın cəmiyyətdə roluna verilən dəyərin, onlara diqqət və qayğının göstəricisidir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin bu qlobal Foruma qatılması, ən aktual və gündəmdə mühüm yer tutan məsələlər barədə açıq, konstruktiv müzakirələrdə fəal iştirak etməsi, dünya mediasının önəmli simalarının suallarına təmkinli və aydın cavab verməsi bu beynəlxalq tədbirin əhəmiyyətini birə min artırmış oldu. Ölkə başçısının çıxışında səsləndirdiyi fikirlərə dünyanın müxtəlif aparıcı media qurumlarının geniş yer verməsi də bunun bariz sübutudur. Və həmçinin onu da vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin çıxışları hər zaman özündə müxtəlif dairələrə ünvanlanmış mesajlarla zəngin olur. Bu dəfə də dövlət başçısının çıxışı özündə ikili standartlara əsaslanan siyasət həyata keçirən dövlət və qurumlara konkret mesajları ehtiva etmiş oldu. Prezident qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar əsasən Qərbdən qaynaqlanır və bu cür yanaşma artıq gündəlik həyatımıza çevrilir. Amma vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olmuşuq. Erməni diasporu uzun illər ərzində Azərbaycana qarşı bu istiqamətdə səfərbər şəkildə fəal iş aparıb. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana vaxtaşırı hücumlar edərək yanlış narrativlər yayıblar, ölkəmizi, xalqımızı reallıqdan çox uzaq şəkildə təqdim ediblər. Ancaq necə ki, zaman keçdikcə Qərb siyasi dairələrində reallıq daha çox üzə çıxır və onlar Azərbaycana bərabər tərəfdaş kimi yanaşmağa başlayırlar. "Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın", - Prezident İlham Əliyev forumda bunu xüsusi vurğuladı.

Prezident çıxışında ənənəvi olaraq 30 illik işğal və 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarına, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bütün ərazilərimizdə tam bərpa edilməsinə də toxundu. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, şanlı Ordumuzun ardıcıl qələbələri, torpaqlarımızın uzun illərdən sonra işğaldan azad edilməsi ilə tarixə yazılan, böyük zəfərimizlə başa çatan Vətən müharibəsi kimi, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası da son dərəcə mühüm hadisədir. Biz nə işğalı, nə onun fəsadlarını, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq. Bunu Azərbaycan Prezidenti forumdakı çıxışında bir daha bəyan etdi. Torpaqlarımızın azadlığı xalq olaraq bizim üçün ləyaqət məsələsi idi və Azərbaycan xalqı tarixi Zəfərimizlə bunu bir daha göstərdi. Xalqımızın bu Zəfəri bir həqiqəti də təsdiqlədi ki, belə məsələlərdə şəxsi emosiyalara, tələskənliklərə, düşünülməmiş qərarlara qətiyyən yer yoxdur.

Azərbaycan Prezidenti forumdakı çıxışında qeyd etdi ki, o zaman sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalar kənara qoyulmalı idi. "...İnsan bəzən çətin qərarlar verməli olur və şəxsən mən 17 il idi ki, Prezident idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı... Bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq".

Bu fikirlər bir daha təsdiqləyir ki, həlledici məqamlara, proseslərə düzgün hazırlaşanda, bütün addımları yerli-yerində, öz vaxtında-vədəsində atanda uğur qazanmaq mütləqdir. Azərbaycan bu illər ərzində əsas diqqəti xalqımıza, ölkəmizin inkişafına yönəltdi, hər hansı dedi-qodulara, Avropa Parlamentinin və ya Avropa Şurasının hansısa qərəzli bəyanatlarına fikir vermədi, yalnız öz böyük hədəflərinə fokuslanıb məqsədlərinə nail oldu və bu, yeni gələcəyə doğru yolumuzda da məhz belə olacaq. Biz irəli getməliyik!

Bəli, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən sonra daxil olduğumuz yeni strateji dövrdə də Azərbaycan dövlətinin qarşıya qoyduğu aydın məqsədlər var. Atılan bütün addımlar, irəli sürülən bütün təşəbbüslər Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bu əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da möhkəmləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Prezident bir məqamı da xüsusi qeyd etdi ki, "insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi".

Bir sözlə, Şuşa Forumunda Prezident İlham Əliyev ölkəmizə qarşı istiqamətlənən bütün yalanları və saxta mahiyyətli xəbərləri ifşa etdi. SİTAT: “Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.

Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mözvuları ilə bağlı suala cavabında İlham Əliyev bir daha həqiqətləri səsləndirdi. Bəli, bu gün Azərbaycan suverenliyini, ərazi bütövlüyünü təmin etmiş ölkədir. Artıq zəif, sözü eşidilməyən deyil, qüdrətli Azərbaycan var. Onun güclü Liderinin mütəqil siyasəti sayəsində regionda yeni reallıqlar yaranıb. Amma indi də Azərbaycan haqqında yalan məlumatlar, dezinformasiya formalaşmaqdadır. Məhz buna görə də Prezident İlham Əliyevin təşəbbüsü ilə bu formatda qlobal forum təşkil edilərək dünya mediası vasitəsilə Azərbaycan həqiqətlərinin hər bir yana doğru-düzgün çatdırılmasından ibarəidir. Bir sözlə, etnik təmizləmənin, işğalın və təcavüzün qurbanı ola-ola Qərbin 30 il ərzində haqq səsini eşitməməzliyə vurduğu Azərbaycan bu gün dünyaya həqiqətləri yayır. Artıq dünya birliyi də Azərbaycanla hesablaşır və mövcud reallığı qəbul edir. Çünki Prezident

İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı qlobal miqyasda güc kimi təsdiqlədikcə və ölkəmizlə hesablaşıldıqca, hər kəs reallıqlara daha açıq gözlə baxmaq məcburiyyətində qalır. Əsl reallıqlar da Azərbaycanın hər zaman haqlı olduğunu sübuta yetirir.

Beləliklə, bütün dünya şahiddir ki, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşında da qalibdir. Ən mühümü odur ki, Azərbaycan Prezidenti həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu, Ermənistanın, dünya erməniliyinin, həm də erməni lobbisinin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur mübariz, igid əsgərlərimizin rəşadəti! Bu nailiyyət və qələbələr həm də Xalq-Ordu Birliyinin, orduya olan inamın Qələbəsidir! Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, uğurlu siyasəti haqq işidir! Çünki Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır! Bir sözlə, dövlət başçımızın həm hərb meydanında, həm də informasiya savaşında bu nüfuzun qazanılması qalib ölkənin informasiya savaşının sərkərdəsi - Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Ən əsası isə, informasiyalarda diqqətə çatdırılır ki, sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycan mehriban qonşuluq münasibətləri üçün bütün səylərini israrla davam etdirir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri