Hansı günlərə gəldik... Televiziyadan iyrəndirdilər, doymadılar, indi də qulaqlarımızdan düz beynimizin içinə girirlər öz biədəb çıxardıqları səslərlə... Oxumaq bu deyil, ey boğazlarından çıxan səsi bülbül cəh-cəhi hesab edən bir sürü cahil...
Biri var, özü az idi, indi də özündən bir tay olan bacısını da çıxarıb efirə. Qardaş da fəxrlə deyir ki, BACILARIM VAR, MƏNƏ MAŞIN DA ALIB, HƏLƏ LAZIM OLSA MƏNİ EVLƏNDİRƏCƏK DƏ. Sən evlənmə məncə, elə izi itir getsin...
Başqa biri çıxıb deyir ki, KİŞİLƏR QURBAN OLSUN “ƏRİMİN” ATILAN DIRNAĞINA. Bu kişi göməməkdən deyil haa, nağdı qoruyub , nisyəni ehtiyatda saxlamaqdır. Əslində siyasi addımdır, şahmatın təcrübəsidir, axırda MAT qoyacaq...
Biri var, nəyini reklam edir heç özü də bilmir. “AY NİQULYA” deyə-deyə iyrənc bədəninin özünə bab olan hissəsi ilə başlayır bütün tanıtım videoları. Getdiyi məkanlara da yəqin arxa-arxaya gedir , özü dalından, dalı da özündən geri qalmayan yeriyən zibil maşını.
Günah belələrini öz ailə məclislərinə çağıranlardadır. Oxuduqları bir zibil deyil, amma, nolsun, dindirəndə yarımsaatlıq qiymətini hansı ki, bir fəhlənin bir illik qazancıdıyee, ağzını əyə-əyə deyir. Qudurasan a qurbağa. Özü də ağız nə ağız eee, dodaq dəymir e bir-birinə. Elə bil dodaqdəyməz deməkçün xüsusi yığdırıb ağzını. Hələ dişləri çöldə, burun nəfəsalma proqramını dəyişib, qaşlar qulağına çatır, kiprik də ki, elə bil yağışdan qoruyan çətirdi... Axı bu nə biabırçılığdı?! Ekranlardan bizə nəyi işarə edirlər?! Hardasan ay DARVİN? Meymundan yaranmayib meymuna doğru mutasiya edən sürü hələ indi-indi dəbə minir.
Təbliğatları da var e, belə mütriflərin. Amma, bir alim çıxsın ixtirasından danışsın, kimdi indi oturub ona baxan?! Uzağı yarım dəqiqə, sonra deyəcəklər ki, SƏN ÖL BU BEKAR QALIB EE...
Heç uzağa da getmirəm. Elə bəzi həmkarlarım, lap elə mən özümü deyim. Böyük bir tədbir etmək istədik. Şəhidlərin əziz xatirəsini yad etmək üçün. Onda da qaldıq meydanın ortasında tək, dəvəsi ölmüş ərəb misalı... İndi də tədbir təşkilində hansı iş adamına, şirkət sahibinə təklif edirsən, qəfildən ya xəstələnir, ya sanatoriyadadır, ya da hüzürü düşür... Gülməlidir vallah... Amma, indi gəl zəng et ki, AY MÜƏLLİM, QƏŞƏNG BİRİ VAR,OXUMUR, AMMA, MIZILDANIR. – o saat deyəcək ki, OTAQDAYAM, YOLLA GÖRƏK NƏ ELƏMƏK OLAR. Nə edəcəksən , ay cahil?! Aşağısı 50 min manat elə onu yığdırmaqdı. Sonrası da ki, görəsən kimə qismət olub qoyduğun mayanı batıracaq?!
Get-gedə də hamısı bir-birinə oxşuyur e bu məxluqlar. Yadıma “KEDİCİKLƏR” düşür də belə yerdə. Arada HARDASAN AY ADNAN, OLMAYAN GORUN ÇATLASIN – deməyim gəlir. Əşşi, olmasın Adnan, olsun HƏCİ. Deyəsən elə “HƏCİ VƏ KEDİCİKLƏRİ” filminin ssenarisini özüm yazası olacam. Sağlığıva gündə biri çıxır, HƏCİMƏ SALAM – deyib gedir.
Efirin rüsvayçılığı bunla bitsə idi, nə var idi ki? Deməklə bitmir, ay camaat. Baykot edin, məclislərə çağırmayın, getdiyiniz məkanlarda onların səsinə etiraz edin, milcək vızıltısına bənzəyən ifalarına qulaq asmayın və qovun. VALLAH QOVUN!!! Açıq-saçıqlığı təbliğ edənləri ailənizin gözü önündəcə rədd edin səhnədən.
Danışdıqca boğuluram... Axı nədi bu?! Başından “YAYLIĞINI” çıxarıb, əncir yarpağından da biədəb formada geyinib efirə çıxan “XALQ ARTİSTİ” kimə nümunədi?!
Ağzına gələn sözləri bayağı musiqiylə bizlərə sırıyan, “XALQ ARTİSTİ” adının BREND olduğunu əlində şüar edərək ƏŞŞİ BƏYƏNƏRLƏR – deyib bir dənə də SOS siqnalı verir.
“YAĞIŞ” mahnısını əxlaqsız bənzətməsi ilə yaddaşlara həkk olan “XALQ ARTİSTİ” indi ƏXLAQ İKONASI olub, deyir ki, O CAVANLIQ SƏHVLƏRİM İDİ...
Gic-gic şeirləri ilə axır ki gedib AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNƏ (AYB) paz olan “ƏMƏKDAR ARTİSTİ” nin ağzını yığılıb tikə bilməyən bədbəxt millətik...
Bezdim e vallah. Bunların nəyini söyüb, nəyini bəzəyəsən?! Canımızı boğazımıza yığıblar sürü təfəkkürlü odun parçaları... İncəsənəti ƏXLAQSIZLIQ YUVASINA çevirən cahil yığını...
SİZƏ AR OLSUN, BAŞQA DA HEÇ NƏ...
Təsisçi: Zaur Qafarov