Deputatlığa namizədlərin seçiciləri ilə görüşlərinə necə şərait yaradılır? - MSK sədri açıqladı

8
Avq
12:36
thumb_down 0

"İndiki Zəfər seçkisində ümumilikdə qeydə alınan namizədlərin seçiciləri ilə görüşləri üçün 5113 ünvan müəyyənləşdirmişik. Bunlardan 1853-ü qapalı, 3259-u isə açıq məkandır".

seher.media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər dairə üçün 14-15 məkan ayrılıb:

"Bu da bir ilkdir ki, bütün namizədlər eyni vaxtda seçiciləri ilə görüşə bilərlər. Düzdür, bunun üçün əvvəlcədən icazəyə ehtiyac yoxdur, sadəcə görüşlər üst-üstə düşməsin deyə, əvvəlcədən bizi xəbərdar etsələr, yetərlidir".

Mərahim Nəsib