Forpostun beş adaxlısı

18
Avq
19:00
thumb_down 0

Ermənistanın 33 il ərzində müstəqil dövlət olaraq formalaşa bilməməsi erməni xalqının köklü dövlətçilik ənənələrinin olmamasının bariz göstəricisidir. İrəvanda hakimiyyətdə kimin oturmasından asılı olmayaraq, daim himayədar axtarışında olması tarixi dövlətsizlik kompleksinin nəticəsidir. Ermənistan valideynlərinin total nəzarəti altında böyüyüb boya-başa çatmış yeniyetmələrə bənzəyir. Onun müstəqil yaşaması üçün yetərincə yaşı olsa da, gözü icazə almaq üçün hər zaman böyüklərindədir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Təsadüfi dövlət

Müasir erməni dövləti valideyn himayəsində qalmış yeniyetmə ilə yanaşı, həm də həyata planlaşdırılmadan gəlmiş uşağa bənzəyir. Sirr deyil ki, bugünkü Ermənistanın "müstəqil" mövcudluğu tarixi təsadüf nəticəsində mümkün olub. Sovet imperiyası dağılmasaydı, dünya ictimaiyyətinin əzəli Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövləti barədə xəbəri olmayacaqdı. Nəinki dövlətçilik, hətta hazırki erməni xalqının formalaşması belə süni ssenari üzrə baş verib: əgər Rusiya imperiyası cənub istiqamətində irəliləyib yeni coğrafiyalar işğal etməsəydi və özünə xristian dayaq yaratmaq üçün müasir Türkiyə və İranın ərazisində dağınıq və başıpozuq şəkildə ömür sürən erməniləri Azərbaycan xanlıqlarının torpaqlarına köçürməsəydi, erməni xalqı daha hansı tarixi faktorun təzyiqi ilə kompakt şəkildə yaşayan topluma çevrilə bilərdi?

Ermənilərin tarixi yaşadıqları dövlətlərin hakimiyyətlərinə, yaxud onlara qarşı qiyam qaldırdıqda kömək üçün digərlərinə yazdıqları dəstək və himayə, yalvarış məzmunlu məktublarla boldur. Bu xalq nəyə nail olubsa, xəyanət əməlləri hesabına əldə edib. İstər Osmanlı, istər Səfəvi, istərsə də Rusiya imperiyalarının boyunduruğunda yaşadıqları müddətdə. Bu xalqın xəyanətə meyilliliyi, ağasının kürəyinə bıçaq sancıb digərindən nə isə qoparmaq naminə tarixi avantüralara qoşulmasının əsasında özünə hansısa idarəetmə formasını qazanmaq niyyəti durub. Bu əməllərin məntiqi nəticəsi kimi isə tarixi ədalətin qulaqburmasına məruz qalıblar. Özləri buna "genosid" deyirlər...

Oğurluq dövlətçilik

Özlərinin etiraf etdiklərinə görə, hazırki Ermənistan erməni xalqının son 800 ildə ilk dəfə əldə edə bildiyi müstəqil dövlətçiliyin məhsuludur. Səkkiz əsr öncə mövcud olmuş hansısa mifik, yaxud qısaömürlü sülalə quruluşuna dövlət olaraq istinad edən xalq hansı müstəqillik ənənələrindən danışa bilər? Hər halda dünya tarix elmi bu xəyali "dövlət"in mövcudluğu barədə yetkin məlumata malik deyil. Haradasa bir kilsə bərqərar edib onun ətrafına toplaşmaq dövlət quruculuğu istiqamətində atılan ilk addım belə deyil. Yaxud hansısa imperatorun həyat yoldaşının erməni olması o dövlətin "erməni dövləti" hesab edilməsi üçün elmi dəlil sayıla bilməz. Bugünkü Ermənistanın iki əsr öncə tarixi Qafqaz Albaniyasının maddi-mənəvi institutları üzərində bərqərar olması belə himayədarsız mümkün olmayıb. Alban Apostol Kilsəsi irsinin Rusiya imperatorunun bir imzası ilə Üçmüədzindəki erməni kilsəsinə bəxş edilməsində ənənəvi məktubların və yalvarışların həlledici rolu olub.

Bu tarixi komplekslər ermənilərdə genetik olaraq xəyanətə meyilliliyə yol açıb. Bu, ümumxalq səviyyəsində bir psixoloji sindromdur ki, ermənilər daim xəyanət üçün imkan axtarışındadırlar.

Genetik xəyanətin məntiqi yekunu

Bu gün Ermənistanın yeni himayədar axtarışı nəticəsində tarixi proseslərin burulğanına düşməsi həmin genetik xəyanətin məntiqi yekunudur. Paşinyan Ermənistanının Rusiyadan boşanması yarımçıq təəssürat yaradır: tərəflərdən biri ayrılmaq arzusunu bildirsə də, özünə taməsaslı yeni adaxlı tapa bilmədiyindən izdivaca son qoya bilmir. Könlünü verə biləcəyi namizəd birdən çoxdur, ancaq onların heç biri çətində himayə və müdafiə edə biləcək statusda deyillər. Etibar yarada bilmirlər. Ya niyyətləri ciddi evlilik deyil - bir az vaxt keçirib aralaşmaq istəyirlər, ya da ermənilərin xəyanətə meyilli olduqlarını bilib nikah avantürasına girməkdən çəkinirlər.

Əslində, İrəvanın Moskvanın orbitindən çıxmaq cəhdinin işartıları Nikol Paşinyandan öncə - Serj Sarqsyan dövründə büruzə verilməyə başlamışdı. ABŞ-nin dünyadakı ən böyük səfirliyinin məhz İrəvanda Serjin dövründə tikilməsi, Ermənistanın Avropa İttifaqı ilə nikahadək dərinləşmiş flirti bu cəhdlərin bariz nümunələridir. Moskvadan gələn təzyiqlərə tab gətirə bilməyən, Rusiya prezidentinin bir zəngi ilə Aİ ilə sənədlərin imzalanmasından imtina edən Sarqsyan hakimiyyəti yolu davam etdirmək üçün könüllü şəkildə Paşinyana təhvil verdi. Üstündən cəmi bir neçə ilin keçməsi Paşinyanın hakimiyyətə gəlişinin ssenariləşmiş ötürülmə əməliyyatı olduğunun müəyyən edilməsi üçün yetərlidir. Məhz buna görə bu gün Ermənistandakı revanşistlər qondarma dqr-in itirilməsinin əsas günahkarı olaraq Sarqsyanı görürlər. Ermənistan öz sahibini dəyişmək üçün növbəti transformasiya prosesinə qədəm qoymuş, ancaq bunu Serjlə bacarmamışdı. Layihə müəllifləri çox gözləmək niyyətində deyildilər deyə, fərasətsiz Sarqsyanı kənarlaşdırıb missiyanı davam etdirmək funksiyasını Paşinyana həvalə etdilər.

Kimə ərə getməli?

Hazırkı Ermənistan dövləti ermənilərin ümummilli səviyyədə xəyanətkar olmaları və tez-tez sahiblərini dəyişməyə meyilliliklərinin miksindən yaranmış hibrid törəmədir. Paşinyan hökuməti formalaşmış ənənədən fərqli olaraq, birini atıb digəri ilə qaçaraq xəyanət etmiş nikah tərəfi deyil. İndi İrəvan nə az, nə də çox - düz 5 məşuqla birdən flirt etməklə tarixi rekorda imza atır. Rusiya ilə izdivaca son qoymaq üçün yola çıxan Paşinyan Moskva ilə tam ayrıla bilmir. Fransa ilə flirt getdikcə əndazədən çıxır, ancaq ortada əsas amil yoxdur: cib xərcliyi. Paris bol-bol eşq vədləri versə də, əlini cibinə salmaq istəmir.

Üçüncü namizəd olan ABŞ özünü sevgilidən daha çox məkrli məşuq kimi aparır. Ermənistanın hesabına digərləri ilə haqq-hesabını çürütmək istəyirlər.

Növbəti adaxlı - İranla nikaha girmək risk tələb edir. İran dünyadan təcrid olunmuş dövlətdir. Sonra izdivacı pozmaq ağır nəticələrə səbəb ola bilər. O ki qaldı yeni gözaltı, yəni Hindistana... Hindlilər deyir ki, sevgi deyirsən sevək, ancaq sonra nə olacaq, bizlik deyil.