Mingəçevirin bəzi ərazilərində qazın verilişi dayandırılıb

21
Avq
12:18
thumb_down 0

Mingəçevir şəhərində bəzi küçələrdə qazın verilişi dayandırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir xidmət sahəsinin xidməti ərazisi olan Ü.Hacıbəyov küçəsində yerləşən qaz kəmərində sızma aşkarlanıb.

Yaranmış problemin həlli istiqamətində işlərə başlanılıb.

Bu səbəbdən şəhərin Ü.Hacıbəyov, R.Rza, 20 Yanvar, İ.Qayıbov və V.Abdullayev küçələrində qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.