Medvedev: "Ukrayna məğlub edilməyənədək sülh danışıqları olmayacaq"

21
Avq
12:54
thumb_down 0

"Rusiya Kursk bölgəsinə hücumundan əvvəl nəzəri olaraq qeyri-müəyyən perspektivləri olan erkən lazımsız sülh danışıqlarına cəlb edilə bilərdi, lakin indi belə bir ehtimal istisna edilir".

seher.media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O əlavə edib ki, Kurska hücumdan sonra Ukrayna məğlub edilməyənədək beynəlxalq tərəfdaşların onlara təlqin etdiyi sülh danışıqlarından söhbət gedə bilməz.