Ronaldu şəxsi "YouTube" kanalını açıb

21
Avq
21:36
thumb_down 0

Beşqat "Qızıl top"un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu öz "YouTube" kanalını açıb.

seher.media xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Gözləmə bitdi. Bu da mənim "YouTube" kanalım. Yeni səyahətimdə mənə qoşulun" , - Ronaldu yazıb.

Qeyd edək ki, artıq 900 mindən çox insan futbolçunun "YouTube" kanalına abunə olub.