Castin və Heyli Biberin ilk övladı dünyaya gəlib

24
Avq
12:36
thumb_down 0

Məşhur kanadalı pop-ulduz Castin Biber və həyat yoldaşı - ABŞ-li top model Heyli Biber ilk dəfə valideyn olublar.

seher.media xəbər verir ki, sənətçi bu barədə avqustun 24-də sosial şəbəkədə məlumat yayıb.

Musiqiçi körpə ilə fotosunu "Instagram" hesabında yerləşdirib.

"Evinə xoş gəldin, Cek Blüz Biber", - deyə yazıb.

Qeyd edək ki, cütlük 2018-ci ilin sentyabrında Nyu-Yorkda nişanlanıb. Biberlərin ilk övladlarını gözlədikləri faktı 9 may 2024-cü ildə məlum olub.