Türkiyə prezidenti dünya müsəlmanlarını birgə mübarizəyə çağırıb

26
Avq
14:18
thumb_down 0

"Malazgirt zəfəri bütün müsəlmanların qələbəsidir".

seher.media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 953-cü ildönümü ilə bağlı çıxışında deyib.

Ərdoğan bildirib ki, Malazgirt müharibəsində türklərlə yanaşı, digər müsəlmanlar da iştirak ediblər:

"Biz müsəlmanlar indi də təhdidlərə qarşı birgə mübarizə aparacağıq. Bizim aramızı vurmaq istəyənlərə imkan verməyəcəyik".

"Tarixi əzbərləmək yox, ondan dərs çıxarmaq lazımdır", - deyə o, xüsusilə qeyd edib.